Gürcüstanın yeni prezidenti Azərbaycanla münasibətlərdən danışdı

17:11 | 15.11.2013
Gürcüstanın yeni prezidenti Azərbaycanla münasibətlərdən danışdı

Gürcüstanın yeni prezidenti Azərbaycanla münasibətlərdən danışdı

Bu gün Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili ölkədə akkreditə olunan bir çox ölkələrin səfirləri ilə görüşüb.Görüşlərdən sonra azərbaycanlı jurnalistlərə açıqlama verən G. Marqvelaşvili Azərbaycan səfiri ilə görüşünün maraqlı keçdiyini bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni prezident qeyd edib ki, Azərbaycandan ünvanına gələn təbriklər onu çox sevindirir: “Azərbaycan prezidenti ilə mövcud  olan münasibətlərimizin davam edəcəyinə əminəm. İnanıram ki, bu vaxta qədər davam edən strateji əməkdaşlığımız daha da inkişaf edəcək”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM