Gürcüstanın yeni prezidenti bu gün and içir

11:45 | 17.11.2013
Gürcüstanın yeni prezidenti bu gün and içir

Gürcüstanın yeni prezidenti bu gün and içir

 Bu gün Gürcüstanın yeni prezidenti, 44 yaşlı Georgi Marqvelaşvilinin inaqurasiya mərasimi keçiriləcək. ANS PRESS-in Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, Marqvelaşvili Gürcüstanın tarixinə dördüncü prezident kimi daxil olacaq. 

Birinci prezident Zviad Qamsaxurdiya 1991-ci ilin iyununda parlament binasında and içmişdi. 

1995-ci noyabrında və 2000-ci ilin aprelində ölkənin ikinci prezidenti Eduard Şevernadzenin də inaqurasiyası mərasimi parlament binasında keçirildi. 

2004-cü ildə hakimiyyətə gələn üçüncü prezident Mixail Saakaşvili də parlamentinin binasının qarşısında Konstitusiyaya sədaqət andı içdi, sonra da Kutaisiyə gedərək, orta əsr Qelati monastırında çar IV Qurucu Davidin qəbiri qarşısında mənəvi andını verdi. 2008-ci ildə ikinci dəfə prezident seçilən Saakaşvili yenidən parlament binasında and içdi. O, bu dəfə rəsmi mərasimlə kifayətlənməyə qərar vermişdi.

Georgi Marqvelaşvilinin inaqurasiyası da təvazökar olacaq. "Gürcü xəyalı" koalisiyasında bildirilib ki, inaqurasiya üçün bütün xərclər Gürcüstanın dövlət büdcəsinin vəziyyətinə uyğun olmalıdır. Mərasim yerli vaxtla 13.00-də başlanacaq və təxminən 45 dəqiqə davam edəcək. Prezident Konstitusiyaya sədaqət andını verdikdən sonra çıxış edəcək. O, çıxışında, seçicilərinə təşəkkür edəcək, sonra həyata keçirəcəyi və daxili və xarici siyasətlə bağlı planlardan danışacaq.

Rusiya Federasiyasının nümayəndələri mərasimdə iştirak etməyəcəklər. Çünki, Tiflis Moskvaya yeni seçilmiş prezidentin inaqurasiyası üçün dəvətnamə göndərməyib. Çünki, Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər Saakaşvilinin dövründə pozulub. 

Qeyd edək ki, yeni prezident vəzifəsinə başladıqdan sonra, Gürcüstan 2010-cu ildə qəbul edilmiş Konstitusiyaya görə, faktiki olaraq parlament respublikası olur. Yeni əsas qanuna uyğun olaraq, prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılır, parlament və baş nazirin səlahiyyətləri isə artırılır.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM