Görüş məsafəsi 50 metrədək azalıb - DYP

11:14 | 13.01.2025
Görüş məsafəsi 50 metrədək azalıb - DYP

Görüş məsafəsi 50 metrədək azalıb - DYP

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.


"Dumanlı havanın digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur. Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmağı xahiş edirik", - müraciətdə bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM