GUAM-ın baş katibi Altay Əfəndiyev Azərbaycana gəlib.
"Report"un məlumatına görə, səfər çərçivəsində baş katib Azərbaycan Xarici İşlər Nazirliyində məsləhətləşmələr keçirəcək.
A.Əfəndiyevin bu gün Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovla, fevralın 8-də isə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşəcəyi gözlənilir.
Xatırladaq ki, yanvarın 1-dən azərbaycanlı diplomat A.Əfəndiyev GUAM-ın baş katibi vəzifəsində fəaliyyətə başlayaraq, bu postda Valeri Çeçelaşvilini əvəzləyib.
Azərbaycan GUAM-a bu ilin birinci yarısında sədrlik edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !