​GUAM ölkələri kibertəhlükəsizlik məsələlərini müzakirə etdi

17:59 | 25.09.2015
​GUAM ölkələri kibertəhlükəsizlik məsələlərini müzakirə etdi

​GUAM ölkələri kibertəhlükəsizlik məsələlərini müzakirə etdi

Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) katibliyində Kibertəhlükəsizlik üzrə İşçi Qrupunun üçüncü toplantısı keçirilib.

Bu barədə "Report"a GUAM-ın mətbuat xidmətindən məlumat verilib. 

İclasda GUAM-a üzv ölkələrin kibertəhlükəsizlik sahəsindəki fəaliyyəti və operativ vəziyyətə dair aktual məsələlərə toxunulub. Eyni zamanda, bu sahədə informasiya mübadiləsinin formatı, informasiya texnologiyalarından istifadəylə bağlı əsas risklər haqqında cəmiyyətin məlumatlandırılmasında istifadə edilən metodlardan danışılıb.

Qrup işin yekununa dair protokol qəbul edib. İşçi Qrupunun növbəti iclası 2016-cı ilin aprelində keçiriləcək.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM