GUAM ölkələri xarici işlər nazirləri Vilnüsdə görüş keçirəcək

12:25 | 23.11.2013
GUAM ölkələri xarici işlər nazirləri Vilnüsdə görüş keçirəcək

GUAM ölkələri xarici işlər nazirləri Vilnüsdə görüş keçirəcək

Noyabrın 21-22-də GUAM-ın Kiyevdəki katibliyində təşkilatın milli əlaqələndiricilər Şurasının 29-cu iclası keçirilib.

APA-nın təşkilatın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclas iştirakçıları GUAM+ formatında siyasi əməkdaşlıq məsələlərini müzakirə ediblər. GUAM ölkələri xarici işlər nazirlərinin noyabrın 29-da “Şərq tərəfdaşlığı”nın Vilnüs sammiti çərçivəsində qəbul edəcəkləri kommünikenin layihəsi və GUAM Xarici İşlər Nazirləri Şurasının ATƏT XİN rəhbərlərinin dekabrın 5-6-da Kiyev toplantısı çərçivəsində keçirəcəkləri görüşün sənədləri razılaşdırılıb.

 

Parlamentlərarası əməkdaşlıq, beynəlxalq cinayətkarlıqla mübarizə, iqtisadi-ticarət əlaqələri, nəqliyyat sahələrində, eləcə də digər ölkələr və beynəlxalq qurumlarla əməkdaşlıq məsələləri də müzakirə olunub.

 

İclasda Azərbaycanı XİN-in Strateji tədqiqatlar və təhlil şöbəsinin müdiri E. Ağayev təmsil edib.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb