GUAM-ın taleyi necə olacaq?

16:21 | 02.04.2014
GUAM-ın taleyi necə olacaq?

GUAM-ın taleyi necə olacaq?

Tomas Qols
Xeyr, mən 1521-ci ildə Magellanın sayəsində ispanların işğal etdiyi və ispan-amerika müharibəsindən sonra 1898-ci ildə ABŞ-ın tutduğu qərbi Sakit okean adası "GUAM"ı nəzərdə tutmuram. Sonra 8 dekabr 1941-ci ildə bu ərazini Yaponiya işğal etmiş və 1944-cü ildə amerika dəniz piyada qoşunu tərəfindən azad edilmişdir. Hal-hazırda da bu ərazi "Amerika dövləti xaricində olan, amma onun nəzarəti altında olan" ərazi kimi ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinə xidmət etməyə davam edir. (Bu ərazi həmçinin, Şimali Dakotada daimi sığınacaq tapmazdan əvvəl, 1990-cı illərin ortalarında İraqın şimal hissəsindən qaçmış bir neçə min kürd qaçqın üçün müvəqqəti evdir).
Xeyr, mən GUAM-ı nəzərdə tuturam, onun haqqında əksəriyyətiniz əvvəllər heç nə eşitməmisiniz. Bu, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova arasında bağlanmış sazişə əsasən yaradılmış, funksiyası yanlış postsovet ittifaqıdır, 1997-ci ildə "Müstəqil dövlətlər birliyinin (MDB) alternativi olaraq yaradılmış, və təməli elə də möhkəm olmayan qurumdur. SSRİ-nin qalıqlarını birləşdirməyi özündə ehtiva edən MDB ideyası 1991-ci ilin sonunda Qorbaçovun legitimliyini əlindən almaq üçün Boris Yeltsin tərəfindən irəli sürülmüşdü (bəziləri deyir ki, bu ittifaq Vladimir Putinin Gömrük İttifaqı üçün prototipdir, Rusiya bu quruma Ukraynanın üzv olmasını qətiyyətlə təkid edirdi, sonradan Kiyevdə və nəhayət Rusiyanın Krımı zəbt etməsi zamanı baş verən hadisələr göstərdi ki, bütün bu hadisələr də Ukraynanın mövqeyinə görə baş verə bilərdi).
GUAM-a daxil olan ölkələrin taleyi necə oldu? "G" - Gürcüstan 1991-93-cü illərdə post-sovet milli düşmənçiliyinin (Cənubi Osetiya və Abxaziya) gedişatında iki əyalət üzərində nəzarəti itirdi; "U" - Ukrayna hətta onda Krıma görə narahatlıq keçirirdi, amma indi də bu əraziyə Rusiya ekspansionizminə qarşı Slavyan dünyasının bir növ qalası kimi baxır; "A" - Azərbaycan 1988-ci ildən 1994-cü ilə qədər davam etmiş müharibə zamanı Dağlıq Qarabaq ərazisi üzərində nəzarəti itirdi və bu ərazi Rusiyanın müttəfiqi olan Ermənistanın nəzarəti altına keçdi; "M" - Moldova çoxdan şərq sahili üzərində hüququnu itirdi və həmin ərazi 1990 və ya 1991-dən etibarən Dnestryanı bölgə adlanmağa başladı.
Əsas məsələ odur ki, GUAM "yaxşı oğlanlar klubu" idi - yeni müstəqil dövlətlərin yeni ittifaqı və bu ittifaq  bizim bələd olduğumuz post-sovet şəraitində Rusiyaya müqavimət göstərə bilər. Və əgər "müstəqillik" və "ərazi bütövlüyü" kimi ciddi məsələlərdən söhbət gedirsə, onda "beynəlxalq cəmiyyətin" dəstəyinə bel bağlaya bilər. Çünki bu, onsuz da olacaqdı. Məsələn, Birləşmiş Millətlər Təşkilatı və s. kimi belə beynəlxalq təşkilatlara müraciət. 
Haşiyə: keçmiş SSRİ-i ölkələri tərəfindən yaradılmış GUAM-ın yalnız "yaxşı oğlanlar klubu" olması barədə təəssürat, 1999-cu ildə onun tərkibinə post-sovet ölkəsi olan Özbəkistan daxil olduqdan sonra daha da genişləndi (GUUAM). Beləliklə, təşkilat post-sovet Mərkəzi Asiyasında "strateji dərinlik" qazanırdı... Amma sonra Özbəkistan post-sovet dövlətlərinin "yaxşı klubunda" qalmağa layiq olmayacaq qədər cinayətkar ölkəyə çevrildi və 2005-ci ildə GUAM-ı tərk etdi, ittifaq əvvəlki adına qayıtdı, dörd hərfdən ibarət söz oldu. Amma kim istərdi ki, Əndincandan olan "sülhməramlılar" Tacikistanda etdikləri kimi, GUAM tərkibinə daxil olan başqa dövlətlərdə öz qanlı missiyalarını həyata keçirsinlər.
GUAM-ın üzvü olan ölkələr və 1999-cu ildə Yuqoslaviyanı Alamo kimi azlıqları olan ərazilərə parçalamaq və bu ərazilərin öz dövlətçiliyini yaradıb BMT-yə üzvlük əldə etməsi məqsədi daşıyan NATO-nun bombardımanlarından əziyyət çəkən bir çox ölkələr KOSOVO üslubunda öz müqəddəratını təyin etməyi tələb edirdilər.
Bu müqəddəs presedenti qurub, biz harada dayandıq? Malorossiya? Kürdüstan? Lakota? Əlbəttə, qeyd etmək lazımdır ki, Kosovonun öz müqəddəratını təyin etməsi nümunəsi Rusiyanın GUAM ölkələrində bu hüuququ həyata keçirməyi öz öhdəsinə götürdüyü paradiqmadır. Bu, özü üçün düşünməyi sevməyən və başqalarının fikrinə güvənənlər üçün yaxşıdır.
Amma yenə də gəlin GUAM-a və BMT tərəfindən tanınmış ölkələrə qayıdaq və aydınlaşdıraq ki, bu təşkilat nə təqdim edir və ya post-sovet dövlət quruluşunda nəyi təqdim etməliydi.
SSRİ-nin dağılmasından sonra 23 il ərzində ölkələrin suverenliyinin pozulmasının ardınca, BMT Təhlükəsizlik Şurasının qətnamələri çıxdı, buna əsasən, təkidlə və tələblə bildirilirdi ki, xarici işğalçı qoşunlar işğal etdikləri ərazilərdən çıxmalı və öz ölkələrinə qayıtmalıdırlar.
Hörmətli oxucu, üzrlü səbəbdən barəsində eşitmədiyiniz patetik post-sovet qrupu GUAM yalnız bu qanlı dünyada dövlət müstəqilliyinin beynəlxalq sisteminin dağılması aspektlərindən biridir, bunun ardınca Vestfaliyada 1648-ci ildə imzalanmış müqavilələr gəlir ( və ya 1815-ci il Vyana müqaviləsi) və ya hətta 1948-ci ildə BMT-nin yaradılması da bundan "ruh"lanıbdır.
Əgər geniş naməlum GUAM bir növ anti-MDB olaraq yaradılmışdısa, onda Rusiyanın üstünlüyü olan MDB ölkələri, önəmli ölçüdə anti-GUAM akronimi olan TAKO-nu dəstəklədilər və bu yaxınlarda GUAM-ın ərazisi olan Krımın qatılması ilə keçmiş postsovet ölkələrində öz müqəddəratını təyin etmək istəyənlərin məkanı genişləndi, bu, Meksika mətbəxindən olan "Tako"nu xatırladır – bu, küçə yeməyidir, keçmiş Meksika ərazisi olan Texasdan adını götürüb, Texas 1836-cı il Alamo "hadisələri" və ABŞ-da vətəndaş müharibəsi aralığında ABŞ-a birləşdirilmişdi.
Amma mən geosiyasi tarixə doğru qaçıram və düzünü desəm, Sakit okeanda yerləşən inanılmaz təhlükəsiz adaya keçmək istəyirəm, bu ada nə zamansa İspaniyanın bir hissəsi olmuşdur, sonra yaponlar alana qədər ABŞ-ın bir hissəsi olmuşdur. Amma indi bu ada Sakit okeanın qərb diyarında sabitlik adasıdır.
Tərcümə Ramil Rahiboğlu
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM