GUAM təşkilatı seçkilərdə hər hansı pozuntuya rast gəlmədiyini açıqlayıb

21:16 | 07.02.2024
GUAM təşkilatı seçkilərdə hər hansı pozuntuya rast gəlmədiyini açıqlayıb

GUAM təşkilatı seçkilərdə hər hansı pozuntuya rast gəlmədiyini açıqlayıb

GUAM Parlament Assambleyası növbədənkənar prezident seçkilərində hər hansı pozuntuya rast gəlməyib. Bunu GUAM təşkilatının baş katibi Altay Əfəndiyev  bildirib.

"Bir necə seçki məntəqəsində prosesləri müşahidə etmişik. Hər hansı neqativ hal ilə qarşılaşmamışıq.Hesab edirik MSK seçki prosesini düzgün qurub.Bizim təşkilat tərəfindən hər hansı pozuntu aşkar edilməyib",- təşkilat sədri seçkilərdən sonra mətbuat konfrasında çıxışı zamanı deyib.

Prezident seçkilərinin ilkin exit poll nəticələrinə görə İlham Əliyev 93% səslə seçkilərin qalibi seçilib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM