Ukraynanın gələcək təhlükəsizliyi, siyasi birliyi və ərazi bötüvlüyü Rusiya prezidenti Vladimir Putinin müttəfiqi Viktor Yanukoviçin hakimiyyətdən devrilməsinə necə münasibət göstərəcəyindən asılıdır. ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə Britaniyanın məşhur "Guardian" qəzeti yazıb.
Açar sual bundan ibarətdir ki, Putin Şərqi Ukraynadakı tərəfdarlarının sayəsində hakimiyyətdən yapışmağa çalışan Viktor Yanukoviçi dəstəkləyəcəkmi.
Əgər Viktor Yanukoviçdən imtina etsə belə, o, şərqi regionların liderlərinin muxtariyyət qurmaq cəhdlərini dəstəkləyə, onların Kiyev hakimiyyəti ilə razılaşmamasına dəstək verə bilər, bu halda isə ölkənin parçalanma təhlükəsi böyükdür.
Putin həmçinin müəyyən etməlidir ki, Kiyevdə hakimiyyət dəyişəndən sonra söz verdiyi 15 milyard dollar və ucuz qaz təklifi qüvvədə qalacaqmı. Əgər Putin bu təkliflərindən imtina etsə, onun qardaş ölkə hesab etdiyi Ukraynanı Avrasiya İttifaqında görmək şansı daha da azalacaq.
Qəzetin yazdığına görə, problemdən çıxış yolu kimi ən ideal variant Ukraynanın yeni hakimiyyəti, Rusiya və AB ATƏT və BVF-nin ortaq iş görməsi ola bilərdi.
Ancaq bu Putindən müəyyən qədər ürəyiaçıqlıq, siyasi yetkinlik və müşahidə tələb edir, halbuki bunu əvvəllər heç kim Putindən görməyib, - qəzet sonda yazır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !