Güclü yağış Daşkəsən və Göygöldə fəsadlar törədib

21:24 | 25.05.2023
Axşam saatlarından başlayaraq yağan güclü yağış səbəbindən Daşkəsən və Göygöl rayonlarında bəzi fəsadlar yaranıb.

Leysan yağışlar ucqar kənd ərazilərində əkin sahələrinə, meyvə ağaclarına zərər vurub.

Sel suları səbəbindən avtomobil və kənd yollarında hərəkətdə qismən çətinlik yaranıb.

Bölgədə güclü ildırımla müşahidə olunan yağıntılı hava şəraiti davam edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb