APA-nın məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. A. Muxtarova bildirib ki, G. Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib: "Gülər Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin olunmayıb. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”.
MSK DSK-nın qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, 16 saylı Yasamal ikinci seçki dairəsi Gülər Əhmədovanın namizədliyini qeydə almayıb. DSK-dan verilən rəsmi cavabda bildirilib ki, G. Əhmədovanın təqdim etdiyi imzalardan təxmini 160-ı şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilib. Ona görə də tələb olunan imzaların sayının az olduğu üçün Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !