Güləşçimiz erməni dünya çempionuna qalib gəlib, finala çıxdı

23:05 | 09.08.2019
Güləşçimiz erməni dünya çempionuna qalib gəlib, finala çıxdı

Güləşçimiz erməni dünya çempionuna qalib gəlib, finala çıxdı

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri” turniri davam edir.
Oxu.Az xəbər verir ki, üçüncü yarış günündə 86, 97, 125 kq-da sərbəst, 82, 97 və 130 kq-da yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
82 kq-da çıxış edən yunan-Roma güləşçilərimizin hər ikisi yarımfinala yüksəlib.

Bu mərhələdə Elvin Mürsəliyev uduzsa da, Rafiq Hüseynov Ermənistanın dünya və Avropa çempionu Maksim Manukyana tam üstünlüklə – 9:1 hesabıyla qalib gələrək, finala vəsiqə qazanıb.
Orxan Nuriyev (-97 kq) də yarımfinalda dünya çempionu ilə qarşılaşıb. Gənc güləşçimiz fransalı Melonen Numonvini məğlub edərək finala yüksəlib.
Yeni gürcü legionerimiz Beka Kandelaki (-130 kq) öz meydanında Elvin kimi bürünc medal uğrunda mübarizə aparacaq.
Sərbəst güləşçilərimizdən isə Hacımurad Məhəmmədsəidov (-86 kq) finala adını yazdırıb.
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM