Güllələnən Baş nazirdən ilk açıqlama

23:08 | 05.06.2024
Güllələnən Baş nazirdən ilk açıqlama

Güllələnən Baş nazirdən ilk açıqlama

Mayın 15-də silahlı insident zamanı yaralanan Slovakiyanın Baş naziri Robert Fitso hadisədən sonra ilk dəfə açıqlama verib.

Xarici KİV xəbər verir ki, o, sui-qəsd nəticəsində sağlamlığına ciddi ziyan dəydiyini bildirib:

"Mən həmişə şəxsi həyatımı qorumuşam, ona görə də hücumun sağlamlığıma ciddi ziyan vurduğunu bildirməklə kifayətlənəcəyəm”.

Baş naziri Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula güllələyib. O, buna səbəb kimi hökumətin siyasətini bəyənmədiyini bildirib. Çintulla hazırda saxlandığı həbsxanadakı xəstəxananın psixiatriya şöbəsinə göndərilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM