Gülünc səbəbdən bütün ailə öldürüldü

23:24 | 21.02.2019
Gülünc səbəbdən bütün ailə öldürüldü

Gülünc səbəbdən bütün ailə öldürüldü

Tayvanda kişi həyat yoldaşını və iki övladını qətlə yetirəndən sonra özünü də öldürüb. Səbəb isə həyat yoldaşının ikinci dəfə əməliyyat olunub sinəsini böyütməkdən imtina etməsi olub.
Bizimyol.info xəbər verir ki, evin xanımı Pen Xuey-ya 32 yaşlı əri Vu Men-yunun istəyilə əməliyyat olunaraq, sinəsini böyüdüb. 2018-ci ilin noyabrından onların münasibətləri gərginləşib və cütlük bir müddət ayrı yaşamağa qərar verib.
Kişi həyat yoldaşından ikinci dəfə də əmliyyat olunub, sinəsini bədəninə uyğunlaşdırmasını istıyib. Amma qadın imtina edərək, xarici görünüşünü bundan sonra dəyişmək istəmədiyini bildirib. Qarşı tərəf bu reaksiyadan narazı qalanda isə boşanmaq istəyini dilə gətirib.
Pen Xuey-yanın yaxınları deyir ki, sonuncu dəfə onu uşaqları ilə birlikdə ərinin yanına gedərkən görüblər. Onlar boşanma məsələsinin detallarını müzakirə edəcəkmişlər.
Polis ailənin dörd üzvünün meyitini sarı taksidən tapıb. Vu-Men-yu maşını atasından müvəqqəti alıbmış. Qadın avtomobilin ön oteracağında əlləri bağlı vəziyyətdə, 9 yaşlı oğlu və 6 yaşlı qızı isə arxa oturacaqda uzanmış halda aşkarlanıb. Hüquq-mühafizə orqanları iki versiya üzərində işləyir. Bunlardan biri odur ki, kişi bütün ailəni maşının içində dəm qazıyla boğa bilərdi. Onlar sürücü oturacağının altından içində kül olan soba tapandan sonra bu qənaətə gəliblər. İkinci versiya isə budur ki, Men-yu ailəsini onların yeməyinə zəhər qatmaqla öldürə bilərdi. Maşında "McDonald’s”ın qəbzi tapıldığından hüquq-mühafizə orqanları hesab edir ki, onlar ölməmişdən öncə yemək yeyiblər.
Bu versiyalardan hansının əsaslı olması isə ekspertizanın rəyindən sonra məlum olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb