Son vaxtlar Azərbaycanda iki böyük ticarət mərkəzinin
yanması və bundan sonra sahibkarların onlara dəyən zərərlə bağlı yaşadıqları problemlər ölkədə əmlak sığortası ilə bağlı problemləri diqqət mərkəzinə çəkdi.
Belə ki, sahibkarlar əmlaklarını sığorta etmir, bunun da nəticəsində, hər hansı bir fövqəladə hadisə baş verəndə dəymiş zərəri bağlaya bilmirlər.
"Anews.az” ölkədə
sığorta sahəsində mövcud olan problemləri, bunun fəsadlarını, insanların əmlak
sığortasına çox da ciddi yanaşmadıqlarının səbəblərini araşdırıb.
Məsələ ilə bağlı sığorta üzrə ekspert İlkin İbrahimov günahı dövlət qurumlarında görür.
"İlk növbədə icbarı sığorta
ilə bağlı nəzarətedici orqan (Fövqalada Hallar Nazirliyi nəzərdə tutulur)
sığorta olunmayan obyektlər haqqında protokol tətbiq edir. Bu zaman sual ortaya
çıxır ki, bəs nə üçün Fövqəlada Hallar Nazirliyi ölkədə sənədi olan hüquqi şəxslərin
əmlakının sığorta olunmamasını qəbul edir və bu obyektlər sığorta olunmur? Bu məsələnin
dəqiq həllini araşdırıb tapa bilsək, digər
məsələrin həllini artıq qismən də olsa səbəbi məlum olacaq.
Daşınan əmlakın sığorta olunması üçün ilk növbədə vergi şəffaf
olmalıdır. Yəni sahibkarlar başqa-başqa yerlərdən malları birbaşa öz obyektinə
gətirməməlidirlər. Buna görə də sığorta şirkətini sığorta müqaviləsi üçün dəvət
edəndə həmin şirkətin nümayəndəsi qeyd edir ki, biz doğurdan da bilmək istəyirik
ki, burda nə qədər mal olacaq və gələcəkdə biz bunun riskinin nə qədər olduğunu
özümüz üçün müəyyən edəcəyik.
Vergi şəffaflığı olduğu halda gömrükdən mal siyahısı ilə bağlı sənəd təqdim
edilməlidir sığorta şirkətinə ki, bu zaman həmin şirkətdə sığortalandığı
malların dəyərini və hesabatını bilsin. Ona görə də sığorta
şirkətləi bu riskləri gözə alıb sığorta etmirlər. Digər bir səbəbdən isə
sığorta şirkətləri əraziyə baxış zamanı təhlükəsizlik qaydalarına əməl olunmadıqda
da sığorta etməkdən imtina edirlər. Çünki təhlükəsizlik əməl olunmayan obyektlərdə
hər an belə hadisələr baş verə bilər.
Bu məsələ də deyə bilərəm ki, vətəndaşın özündə də günah
var. Şəffaf vergi məsələsini həll etmirlər ki, onlara da normal formada sığorta
haqqı ilə bağlı təkliflər olsun. Çox az adam var ki, daşınan əmlaklarını
sığorta etdirirlər. Sığorta hadisəsi baş verərəkən sığorta şirkətləri burda
sığorta ödənişinin verilməsindən elə hal olur ki, bəzi hallarda imtina edir, bəzi
hallarda da bununla bağlı ya məbləği azaldırlar, ya da vətəndaşı süründürürlər,
ya da çoxlu sənədlər istəyirlər deyə vətəndaş həmin bu hallardan bezir və öz əmlakını
sığorta etdirməkdən imtina edir.
Bu zaman əsas məsələ nəzarətedici orqanın üzərinə düşməlidir
ki, onlarda bu işin üstünə düşmürlər. Əgər düşəydilər bu günə kimi sitatistika
açıqlanardı ki, bu günə qədər sığorta etməyən vətəndaşları nə qədər cərimə
ediblər. İnzibati xətalar məcəlləsinin 469 maddəsində sığorta etməməyə görə hüquqi
şəxlərə görə 200 manat cərimə tətbiq olunması nəzərdə tutulub. Eyni zamanda vəzifəli
şəxs (sığorta təklif edən) təklif etməsə 80 manat məbləğində cərimə
olunmalıdır.
Bizim ölkədə hətta bəzən sığortaların özündə problem olur. Hansı ki, vətəndaşı çox incidirlər. Məsələn X-Lady mağazasında baş vermiş hadisə zamanı mağazaya 960 minlik zərər dəyib. Və sığorta şirkəti 6aydır hələ də bu məbləği ödəmək istəmir. Bu cür problemlər olduğuna görə də vətəndaşlar sığorta etdirmək hallarından qaçırlar və buna maraqlı olmurlar.
Onu da qeyd edim ki, "İcbari sığorta haqqında” qanunda belə bir maddə var ki, burada hesablanmış məbləği müafiq orqan yəni FHN komissiyasınin çıxartdığı zərər aktının 20 faizini vətəndaşlara ödüyə bilər. Bu maddə ancaq daşınmaz əmlak zamanı nəzərdə tutulub. Daşınan əmlak zamanı isə heç bir güzəşt nəzərdə tutulmayıb. Belə hallarda vətəndaşlar iki qurumu məhkəməyə vermək ixtiyarına malikdirlər. Həm FHN nazirliyini və eyni zamanda icarəyə verən obyekt sahibini. FHN nazirliyini ona görə verə bilərlər ki, daşınmaz əmlakın icbari sığortası məcburi şəkildə etdirməyib. Digər tərəfdən isə obyekt sahibini aylıq icarə ödədiyi üçün dəymiş ziyanı tələb etmək məqsədilə məhkəməyə vermək haqqı var", - deyə İbrahimov bildirir.
Kasko Butik Sığorta
şirkətinin rəhbəri Xəyal Məmmədxanlının məsələyə münasibəti isə belə oldu:
"Daşınmaz
əmlakın sığortası prosesi Azərbaycanda 2011-ci ildən məcburidir. Çox təəssuflər
olsun ki, həmin qanunu normal şəkildə həyata keçirtmirlər. Əgər əmlakının qiyməti
15 -20 milyondursa o çox aşağı qiymətə sığortalanma edir. Və hadisə baş verəndə
normal bir ödəniş ala bilmir. Çünki əmlakın dəyərindən qat-qat aşağı dəyərinə
sığorta elətdirir. Əksər hallarda da Fövqəlada Hallar Naziri bu rəqəmlərə
umumiyyətlə baxmır. Və sadəcə gəlib soruşur ki, sizin sığortanız varmı? Sahibkar
da kağız göstərir ki, bəli var.
İkinci bir məsələ də
budur ki, əksər vətəndaşlar düşünür ki, mənə heçnə olmaz, sığorta lazım deyil,
sığortaya çox lazımsız bir yer kimi baxırlar. Yalnız pis hadisə verən zaman
sığorta elətdirmək haqqında düşünürlər. Çox təəssüflər olsun ki, bizdə hadisə
baş verəndən sonra 4-5 gün sığorta haqqında danışılır, sonra yenə yaddan çıxır.
Daşınan əmlak mallarının sığortasına gəldikdə isə bu könüllü
istəyə bağlı bir prosesdir. Bunun özündə də çox ciddi problemlər var. Onu istəsələr
də sığortalaya bilmirlər. Satılan malların böyük bir əksəriyyətinin rəsmi
hesabatı yoxdur. Bir sözlə onlar qeyri rəsmi işləyirlər. Bu da Vergidən və rəqəmləri
az göstərmək üçün edilən bir prosesdir. Əksəriyyəti hətta kassa sistemindən
istifadə etmirlər. Satışları rəsmi olaraq göstərmirlər. Belə olan halda da
onların sığortalanması qeyri mümkündür. Çünki belə hallarda hadisə baş verərsə,
yanğın olarsa sığorta şirkəti təyin edə bilmir ki, həmin ərazidə nə qədər mal
yanıb.
Bu problemlər də demək
olar ki, bir çox ticarət mərkəzlərində eyni qaydada olduğuna görə hadisə baş
verəndə sığorta olanlara yardım edə bilmir. Başqa bir məsələ budur ki,
sabibkarlara icarəyə yer verirlər, amma normal bir icarə müqaviləsi bağlanmır.
Və ya ayrıca bir sənəd olmur. Adətən ticarət mərkəzinin ayrıca bir sənədi olur.
Onunla daşınmaz əmlakın sığortasını həyata keçirirlər.
Bəzən elə olur ki, ticarət mərkəzlərinin sahibi sahibkarlardan
sığorta adı ilə pul yığır, amma heç sığorta olunmur.
Əgər dünən yanğın baş verən ərazinin sığortası yoxsa bu
zaman sahibkarın və Fövqəlada Hallar Nazirliyinin məsuliyyəti yaranır ki, nə
üçün nəzarət tədbirləri həyata keçirilməyib və cəriməsi yazılmayıb.
Sığortalanmaqla bağlı əsas sahibkarların özündən soruşmaq lazımdır ki, niyə
mallarını sığortalanmaq istəmirlər?
Artıq yanvarın 1-dən də fikizi şəxslərə də icbarı sığorta ödəmək
məcburi olacaq. Bu 2011-ci ilin qanununda var idi. Sadəcə yanvarın 1-dən qüvvəyə
minəcək. Artıq əhalidə belə bir narahatlıq başlayıb ki, niyə mən əmlakımı sığorta
etdirməliyəm. Əmlak mənimdir etmirəm. Amma əmlak yanan kimi başlıyırlar
kompensasiya tələb etməyə .Problem budur. Hər şeyə inamsız yanaşırlar.
Mövzu ilə bağlı Fövqəlada Hallar Nazirliyindən bildirdilər ki: "İcbari sığorta müqaviləsinin bağlanmamasına görə "İnzibati Xətalar Məcəlləsi”ndə mülki məsuliyyət nəzərdə tutulub. "İnzibati Xətalar Məcəlləsi”nifn 469.1 maddəsində nəzərdə tutulub ki,, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -
fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.
fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.
Lakin 2015-ci ilin noyabr ayının 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı Fərmandan sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin səlahiyyətləri məhdudlaşdırılıb və daşınmaz əmlakın icbari sığorta edilməməsinə görə cərimələnən olmayıb.
"EuroHome” tikinti materialları bazarında yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb və bununla bağlı obyektin rəhbərliyinə təkcə cari il ərzində iki məktub ünvanlanıb. Eyni zamanda da sahibkarlar daşınan əmlaklarını sığorta etdirməyib.
Bu gün ölkədə "Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun və "Yanğın təhlükəsizliyi qaydaları”nın tələbləri əsasında yanğına qarşı tədbirlər həyata keçirilir.
FHN-nin DYNX bu tələblər əsasında obyektlərdə yanğın-texniki müayinə aparır və müayinə zamanı aşkar olunan çatışmazlıqlar barədə yazılı şəkildə obyekt rəhbərinə xəbərdarlıq məktubu təqdim edir. Həmin çatışmazlıqların aradan qaldırılması birmənalı şəkildə obyekt rəhbərinin vəzifəsidir. Həmin tələblərin yerinə yetirilməməsinə görə FHN məsuliyyət daşımır. FHN səlahiyyətləri çərçivəsində tələb və ya tövsiyə edə bilər, obyektə girib işinə müdaxilə edə bilməz.
Bəli, yanğın baş veribsə, deməli. yanğın təhlükəsizliyi qaydalarının tələblərinə düzgün riayət olunmayıb. Bu tələblərə əməl olunmasının məsuliyyəti isə birbaşa obyekt rəhbərinin üzərinə düşür.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !