"Günay Bank"ın əmlakları hərraca çıxarılır

18:40 | 12.07.2024

"Günay Bank"ın əmlakları hərraca çıxarılır

İyulun 26-da "Əmlak Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki "Günay Bank” ASC-nin daşınar əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.Bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Hərraca 76 əmlak (keys, printer, seyf, notbuk, monitor, oturacaq, rəf, masa, kreslo, telefon, klaviatura, ventilyator, UPS) çıxarılacaq.Əmlaklara ümumilikdə 11 461 manat qiymət qoyulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM