Ayın cənub qütbündə yerləşən nəhəng Eytken hövzəsi peykin görünməyən tərəfindədir.
"Ölkə.Az” xəbər verir ki, kraterin sahəsi 2500 kvadrat kilometr, dərinliyi isə 16 kilometrdir. Yəni, Marianna çökəkliyindən daha dərindir. Eytken Günəş Sistemində ən dərin çökəklik sayılır.
İnsanlar üçün hər zaman Ayın görünməyən tərəfi çox maraqlı olub. Ayın bu hissəsi barədə müxtəlif əfsanələr və rəvayətlər dolaşırdı. Bəziləri orada yaşayan sirli məxluqlardan, bəziləri isə yadplanetli koloniyalardan danışırdı.
Bütün bu miflər 1953-cü ildə dağıdıldı. "Ay-3” zondu ilk dəfə olaraq Ayın qaranlıq tərəfinin fotolarını çəkdi. Burada heç bir yadplanetlidən söhbət gedə bilməzdi. Sözügedən hissədə Eytken hövzəsi aşkar edildi.
"Klementina” zondu krateri tam incələdi. Məlum oldu ki, kraterin dibində olan dəmir və titanın miqdarı Ayın səthindəki dəmir və titanın miqdarından çoxdur. Buna görə də krater daha tünd görünür. Eytken cənub qütbü bir az oval formadadır və yaşı 4 milyard ildən çoxdur. Bəs nəhəng ölçülü krater necə yaranıb?
Alimlər ehtimal edirlər ki, Ay mantiyası külli miqdarda lava püskürdüb. Bu səbəbdən onun dibinin səthi belə qeyri-adi tərkibə malikdir. Amma sualın dəqiq cavabı yoxdur, alimlər hələ də araşdırma aparırlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !