anews.az 1tv.ru-ya istinadən xəbər verir ki, bu, Günəşdə iki iri ləkə qrupunun birləşməsi nəticəsində yaranıb və son 12 ilin ən böyük partlayışı sayılır.
Sentyabrın 4-dən bu yana Günəşdə 11 partlayış qeydə alınıb. Son partlayışın gücü 7.4 bal olub. İndiyə qədər qeydə alınmış ən böyük partlayışın gücü isə 9.6 baldır.
Alimlərin sözlərinə görə, bu partlayışın Yerə çox güclü təsiri olacaq. Kosmik avadanlıqların işində problemlərin yaranacağı deyilir.
Artıq Avropada peyklərdə zəifləmələrin qeydə alındığı xəbər verilir.
Bundan əlavə, güclü geomaqnit qasırğası insanlarda diskomfort yaradacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !