“Günəşli” yatağında yeni quyu istismara verilib

18:54 | 02.08.2016
“Günəşli” yatağında yeni quyu istismara verilib

“Günəşli” yatağında yeni quyu istismara verilib

"Günəşli” yatağındakı 11 nömrəli dərin dəniz özülündən 30 nömrəli quyu qazmadan sonra istismara verilib.
 
ANN.Az SOCAR-a istinadən xəbər verir ki, SOCAR-AQŞ tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul vermiş, 3787-3773 metr intervaldan sutkalıq 30 ton kondensat və 115000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyu "Azneft” İstehsalat Birliyinin "28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb