Güney azərbaycanlılar bərbad məktəblərdə təhsil alır

16:15 | 26.09.2018
Güney azərbaycanlılar bərbad məktəblərdə təhsil alır

Güney azərbaycanlılar bərbad məktəblərdə təhsil alır

Çaldıran və Tikantəpə şəhərləri, dərs otaqlarının qeyri-standart olması baxımından, Qərbi Azərbaycan əyaləti üzrə birinci yerdədir.

Axar.az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycanın Məktəblərin yenidənqurma, inkişaf və təchizi idarəsinin rəisi Qəhrəman Rəhmani köhnə və təhlükəli məktəb binaları barədə danışarkən deyib. O bildirib ki, məktəblərin əksəriyyəti bərbad vəziyyətdədir.

"Bu şəhərlərdə məktəblərin 85 faizi sökülüb yenidən tikilməlidir. Qərbi Azərbaycan əyalətində savadlılıq səviyyəsi 83.01, Tikantəpədə 74.08, Çaldıranda 72.09 faizdir. Bu statistik məlumat əyalətin orta hesabı ilə sözügedən şəhərlər arasında uçurum olduğunu göstərir. Ona görə də sözügedən şəhərlərin təhsil müəssisələrinə xüsusi diqqət yetirmək lazımdır. Ötən il Çaldıran şəhəri üçün nəzərdə tutulan 97 projedən yalnız bir dərs otağına malik olan 10 məktəb binasında təmir-bərpa işləri aparılıb və ya tikilib. Tikiləcəyi bildirilən 4 məktəbdən isə yalnız biri üçün vəsaiti ödənilib”.

Xatırladaq ki, Güney Azərbaycanın əyalətlərində məktəb binalarının yetərsiz, köhnə olması ilə bağlı mövcud problem xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına qismən həllini tapıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM