"Report" xəbər verir ki,bu haqda Gürcüstan KİV-i məlumat yayıb.
Xəbərə görə, 2014-cü ildə və 2015-ci ilin ilk 8 ayında B.İvanişvilinin var-dövləti 5,2 milyard dollar olub. Bununla belə o, "Forbes"-in reytinq siyahısında 270-ci yerdən 290-cı yerə düşüb.
Məlumata görə, B.İvanişvilinin ən yüksək göstəricisi 2008-ci ildə qeydə alınıb və 6,4 milyard dollarlıq var-dövlətlə 143-cü yerdə olub. Gürcüstanlı milyarder ilk dəfə 3,9 milyard dollarlıq varidatı ilə 173 -cü yeri tutub.
Qeyd edək ki, 2012-ci ildə Bidzina İvanişvili tərəfindən "Gürcü arzusu" adlı koalisiya formalaşdırılıb. Həmin il bu blok parlament seçkilərində qələbə qazanaraq, hakimyyətə gəlib. 2012-ci il oktyabrın 25-dən 2013-cü il noyabrın 20-dək adı çəkilən milyader Gürcüstanın baş naziri olub.
B.İvanişvili 2013-cü ildə siyasətdən getdiyini və qeyri-hökumət sektorunda fəaliyyətini davam etdirəcəyini bildirmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !