Gürcüstanda 19 yaşlı futbolçu Georgi Şakaraşvili dostları ilə görüşdükdən sonra ölüb.
Lenta.ru-nun məlumatına görə, bu barədə Gürcüstan Fövqəladə Hallar Nazirliyinin "Facebook” səhifəsində bildirilib.
Məlumata görə, iyunun 19-da Şakaraşvili dostları ilə birlikdə Mtsxeta şəhərindən kənara piknikə gedib və itkin düşüb. İdmançının valideynləri polisə müraciət edib, bundan sonra axtarış əməliyyatlarına başlanılıb.
Dörd gündən sonra futbolçunun cəsədi aşkarlanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !