“Gürcü xalqı ən çətin məqamlarda Azərbaycanın dostluq yardımlarını heç zaman unutmayacaq”

17:54 | 07.03.2016
“Gürcü xalqı ən çətin məqamlarda Azərbaycanın dostluq yardımlarını heç zaman unutmayacaq”

“Gürcü xalqı ən çətin məqamlarda Azərbaycanın dostluq yardımlarını heç zaman unutmayacaq”

Bu gün baş nazir Artur Rasizadə Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul zamanı Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın ictimai-siyasi, iqtisadi-mədəni sahələrdə yüksək səviyyədə olduğu və bu əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğu bildirilib.

Tərəflər Azərbycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının işinin daha intensiv davam etdirilməsi zəruri sayıb, energetika, nəqliyyat və başqa sahələrdə irimiqyaslı beynəlxalq layihələrdə birgə fəaliyyətin səmərəli olduğunu vurğulayıblar. Eyni zamanda bu əməkdaşlığın təkcə regionun inkişafı və tərəqqisi  naminə deyil, eləcə də bütün Avropanın mənafeyi baxımından tarixi əhəmiyyət kəsb etdiyini qeyd edilib. Görüşdə həmçinin beynəlxalq və regional problemlər kontekstində Dağlıq Qarabağ münaqişəsinin də tezliklə mövcud hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin zəruri olduğu bildirilib.  

Sonda Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlər barədə A. Rasizadəyə ətraflı məlumat verən Gürcüstan xarici işlər naziri qeyd edib ki, qədirbilən gürcü xalqı ən çətin məqamlarda Azərbaycanın göstərdiyi mehriban qonşuluq və dostluq yardımlarını heç zaman unutmayacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM