Tbilisi yaxınlığında Vaziani hərbi poliqonunda "Layiqli tərəfdaş 2020” adlı çixmillətli hərbi təlimin rəsmi açılış mərasimi keçirilib.
Anews.az xəbər verir ki, tədbirdə Gürcüstanın baş nazir Giorgi Qaxaria, müdafiə naziri İrakli Qaribaşvili, xarici işlər naziri David Zalkaliani və digər rəsmi şəxslər iştirak ediblər.
ABŞ-ın dəstəyi ilə "Güc tərəfdaşlıqdadır” devizli altında keçirilən təlimlər sentyabrın 18-dək davam edəcək.
Manevrlərdə Gürcüstanla yanaşı ABŞ, Böyük Britaniya, Polşa və Fransadan olan 2 700-dən çox hərbçi iştirak edir. Təlimlərə ABŞ-ın "Striker” və "Hummer” zirehli və maddi-texniki təminat maşınları da cəlb olunub.
Kombinə edilmiş manevrlər komanda, qərargah və çöl şəraitində keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !