Gürcüstan 2023-cü ilin aprelindən PUA təyyarələrinin istehsalına başlayacaq. Bu Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
Bundan əvvəl Polşanın "WB Electronics" şirkəti və Gürcüstanın "Delta" hərbi elmi-texniki mərkəzi Gürcüstanda pilotsuz təyyarələrin istehsalı ilə məşğul olacaq birgə şirkət yaradıb.
"FLYEYE” pilotsuz uçuş sistemi ağır meteoroloji və radioelektron döyüş şəraitində bütün iqlim zonalarında tapşırıqları yüksək dəqiqliklə yerinə yetirmək üçün nəzərdə tutulub.
Sistem gecə-gündüz real vaxt rejimində gizli müşahidə imkanlarını və məlumatların təhlilini təmin edir.
"WARMATE” sübut edilmiş effektivliyə və yüksək məhvetmə dəqiqliyinə malik döyüş başlıqlı PUA-dır. Müxtəlif növ döyüş başlıqlarına malikdir. Polşa Ordusu, həmçinin digər NATO və qeyri-üzv istifadəçiləri tərəfindən istifadə olunur.
ATS-nin bəzi hazır nümunələri artıq Gürcüstanın baş naziri, müdafiə və daxili işlər nazirlərinin iştirakı ilə sınaqdan keçirilib.
Gürcüstan hərbi idarəsinin məlumatına görə, söhbət kamikadze və kəşfiyyat xarakterli pilotsuz təyyarələrdən gedir, gürcü-polşa şirkəti ildə təxminən 1000-1500 hərbi pilotsuz təyyarə istehsal etmək niyyətindədir.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !