Gürcüstan Azərbaycandan qaz idxalını 38% azaldıb

15:05 | 24.04.2024
Gürcüstan Azərbaycandan qaz idxalını 38% azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını 38% azaldıb

2024-cü ilin birinci rübündə Gürcüstan Azərbaycandan 92,8 milyon dollar dəyərində 556 864,59 ton qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,2% azdır. Bu barədə banker.az saytı məlumat verib. 
 
Azərbaycan 2024-cü ilin yanvar-fevralında qaz hasilatını 2023-cü ilin yanvar-fevralı ilə müqayisədə 2,5% artaraq 8,2 milyard kubmetrə çatdırıb. 
 
2023-cü ildə Azərbaycanda qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr (artım 3,8 faiz) təşkil edib. Eyni zamanda, əmtəəlik qaz hasilatı 36 milyard 413,8 milyon kubmetr (artım 4,2%) olub. Hökumət 2024-cü ildə ölkədə qaz hasilatını 49 milyard 63,6 milyon kubmetr, o cümlədən əmtəəlik qazı 36 milyard 779,6 milyon kubmetr həcmində proqnozlaşdırır.
 
Bundan əvvəl energetika naziri bildirib ki, Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyə qədər  Aərbaycanda Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub.
 
 
2020-ci ilin sonunda Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə başlayıb.
 
TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından hasil edilən qazın "Mərhələ-2” çərçivəsində Avropaya nəqli üçün nəzərdə tutulub.
 
2027-ci ilin sonunadək kəmərin ötürücülük qabiliyyəti 12 milyard kubmetrdən, 20 milyard kubmetr qaza çatdırılması nəzərdə tutulub. 

Hazırda Aİ-nin Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb