​Gürcüstan Azərbaycandan yardım istədi

16:30 | 25.06.2015
​Gürcüstan Azərbaycandan yardım istədi

​Gürcüstan Azərbaycandan yardım istədi

Təbii fəlakət nəticəsində itkin düşən üç nəfərin axtarışları Kür çayında davam edir

Gürcüstan xilasediciləri sel nəticəsində itkin düşən üç nəfərin Kür çayında axtarışlarına başlayıblar. Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.

Bildirilir ki, bu işlər bütün perimetr üzrə həyata keçiriləcək. Həmçinin, Gürcüstan tərəfi itkin düşmüş şəxslərin axtarışında Azərbaycandan yardım istəyib.

Xatırladaq ki, iyunun 14-nə keçən gecə Tbilisidə güclü daşqın baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 19 nəfər həyatını itirib, 119 nəfəri uşaq olmaqla, ümumilikdə 457 nəfər evsiz qalıb, 3 nəfər isə hələ də itkin düşmüş hesab olunur.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM