Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili cümə axşamı Moldovada Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə bildirib.
Azərbaycanla Ermənistan arasında 2020-ci il İkinci Qarabağ Müharibəsi başlayıb. Həmin ilin noyabrında Azərbaycan,Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb.
Əvvəllər Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında dəfələrlə vasitəçi kimi çıxış edib. Xüsusilə, Gürcüstanın vasitəçiliyi ilə 2021-ci ilin iyununda Azərbaycan Ermənistana 15 hərbi qulluqçu, İrəvan isə minalanmış ərazilərin xəritələrini Bakıya göndərib. Vasitəçiliyin digər nümunəsi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında 2022-ci il iyulun 16-da Tbilisidə baş tutan görüşdür.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !