Gürcüstan Baş nazirindən Zurabişviliyə xəbərdarlıq

16:09 | 22.12.2024
Gürcüstan Baş nazirindən Zurabişviliyə xəbərdarlıq

Gürcüstan Baş nazirindən Zurabişviliyə xəbərdarlıq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişviliyə yeni parlament seçkilərinin təyin olunması ideyası ilə bağlı xəbərdarlıq edib.O, bildirib ki, əks halda Zurabişvili cinayət məsuliyyətinə cəlb olunacaq.Bu barədə Kobaxidze brifinqdə bildirib.

"Şənbə günü Zurabişvili parlament seçkiləri təyin etmək niyyəti ilə müxalifət və QHT nümayəndələri ilə görüşüb.Mövcud qanunvericiliyə əsasən, parlament seçkiləri üç halda təyin edilir: təkrar seçkilər, Mərkəzi Seçki Komissiyası və ya Konstitusiya Məhkəməsi əvvəlki seçkilərin nəticələrini ləğv etdikdə, dörd illik səlahiyyət müddəti başa çatanda və ya parlament hökumətə etimad göstərmədikdə.Əgər Prezident buna baxmayaraq başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq.
Onun (Zurabişvili - red.) harada, dəmir barmaqlıqlar arxasında və ya azadlıqda yaşamağa davam edəcəyini görəcəyik”, - Kobaxidze fikirlərini yekunlaşdırıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM