Gürcüstan COVID-19-a yoluxma ilə bağlı “yaşıl” zonadan çıxdı

21:30 | 11.09.2020
Gürcüstan COVID-19-a yoluxma ilə bağlı “yaşıl” zonadan çıxdı

Gürcüstan COVID-19-a yoluxma ilə bağlı “yaşıl” zonadan çıxdı

Gürcüstan koronavirusa yoluxma baxımından "yaşıl” zona statusunu itirib.

Anews.az "Report”-a istinadla  xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə artıq "sarı” zonaya daxil olub:

"Əgər iyulun əvvəlində yeni yoluxma hallarının sayı əhalinin hər 100  min nəfəri üçün 0,7 idisə, bu gün göstərici 10,2 təşkil edir. Göstərici 10-dan yüksək olursa, "sarı” zona başlayır”.

M.Ezuqbaya bildirib ki, Gürcüstanın səhiyyə sistemi sutkalıq yoluxma sayı 100-dən çox olmayana qədər vəziyyətin öhdəsindən yaxşı gələcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb