Gürcüstan döyüş təyyarələrini yeniləyir

21:00 | 13.04.2021
Gürcüstan döyüş təyyarələrini yeniləyir

Gürcüstan döyüş təyyarələrini yeniləyir

Gürcüstanın Müdafiə Qüvvələrinə məxsus Su-25 qırıcı döyüş təyyarələrinin bərpası və modernləşdirilməsi həyata keçirilir.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Yenilənmiş ikinci hərbi təyyarə bu gün uğurlu sınaq uçuşu yerinə yetirib. Bərpa olunmuş ilk "Su -25”in sınaq uçuşu martın 6-da baş tutub.

Müdafiə Nazirliyinin balansında olan döyüş təyyarələrinin modernləşdirilməsinin 2022-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb