Gürcüstan Milli Bankı gün ərzində 32 mln. dollar satıb

20:00 | 01.08.2019
Gürcüstan Milli Bankı gün ərzində 32 mln. dollar satıb

Gürcüstan Milli Bankı gün ərzində 32 mln. dollar satıb

Gürcüstan Milli Bankı milli valyutası olan larinin dəyərdən düşməsinin qarşısını almaq  məqsədilə avqustun 1-də 32,8 mln. ABŞ dolları satıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Milli Bankın yaydığı məlumatda deyilir. Bildirilib ki, bu gün 40 mln. dollar 2,9283 məzənnəsi ilə hərraca çıxarılıb.

Qeyd edək ki, larinin son günlər sürətlə ucuzlaşması davam edir. Ötən gün Gürcüstan Milli Bankının müəyyən etdiyi rəsmi məzənnəyə görə ,1 ABŞ dolları rekord həddə bahalaşaraq 2,9718 lari təşkil edib. Ekspertlər larinin dəyər itirməsini real sektorda və turizmdə mövcud olan problemlərlə əlaqələndirirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb