Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Myanmada və Arakanda müsəlmanlara qarşı törədilən vəhşiliklərə qəti etiraz ediblər.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu gün GMİ rəsmiləri hadisələrlə əlaqədar mətbuat konfransı keçiriblər.
GMİ-nin sədri hacı Ramin İgidov çıxışında Myanmada 3000 musəlmanın oldürülməsini qətliam adlandirıb. O, 2012-ci ildə və sonrakı illərdə Arakanda müsəlmanlara qarşı qatı cinayətlərin törədildiyini bir daha diqqətə çatdırıb, dünya ictimaiyyətini belə hadisələrə kəskin reaksiya verməməkdə qınayıb.
Bildirib ki, müsəlmanlar dünyada baş verən bütün qətliam, terror və digər cinayətləri kəskin şəkildə qınayıb və etirazlarını bildiriblər. Lakin, dünyada hələ də ikili standartlar var. Buna görə də musəlmanlara qarşı törədilən qətliamlara layiqli qiymət verilmir.
Hacı Ramin İgidov onu da bildirib ki, bu gün qərb mediası da məsələlərə qeyri-konstruktiv yanaşır.
Avropada baş verənlərə daha cevik və tez reaksiya verirlər. Onlarin yazılarında, sanki, din və millət fərqi hiss olunur.
Sonra Qərbi Gürcüstan Müsəlmanlarınin müftisi Bekler Kamaşidze, sərqi Gürcüstan Müsəlmanlarının müftisi hacı Yasin Əliyev və başqaları çixiş edərək müsəlmanlara qarşı törədilən cinayətlərə dünya ictimayyətinin, aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların kəskin reaksiya verməsini tələb ediər. GMİ rəsmiləri bununla əlaqədar dünya birliyinə müraciət unvanlayıblar.
Tədbirdə İŞİD və digər terror təşkilatların fəaliyyəti barədə jurnalistlərin sualları cavablandırılıb, terrorun və terroru dəstəkləyən qurumların İslamla əlaqəsi olmadiğı bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !