Gürcüstan prezidenti 613 məhbusu əfv edib

23:26 | 19.01.2025
Gürcüstan prezidenti 613 məhbusu əfv edib

Gürcüstan prezidenti 613 məhbusu əfv edib

Gürcüstanda 613 məhbus əfv edilib.Bununla bağlı ölkə prezidenti Mixeil Kavelaşvili sərəncam imzalayıb.

Sərəncam bu gün Gürcüstanda qeyd olunan "Natlisğeba” (xaç suyuna çəkmə) bayramı ilə əlaqədar verilib.
 
Dövlət başçısı bildirib ki, əfv olunmuş şəxslərə öz ailələrinə qayıtmaq və yenidən cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı yaradılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM