Gürcüstan Prezidenti Salome Zurabişvili Baş Prokurolquda 26 oktyabr parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı dindirmədə iştirak etməkdən imtina edib.
"RİA novosti” xəbər verir ki,bu barədə o, keçirdiyi brifinqdə deyib.
"Hər kəs öz işi ilə məşğul olmalıdır. Mən prezident kimi işimi yerinə yetirməyə davam edəcəyəm və təbii ki, prokurorun yanına getmək fikrində deyiləm”,-Zurabişvili bildirib.
Gürcüstan parlamentinə keçirilən seçkilərdə Zurabişvili səsvermənin nəticələrini tanımadığını bəyan edərək, etiraz aksiyasında iştirak edib.
Bundan sonra Baş Prokurorluq Zurabişvilini parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar gətirməsi tələbi ilə dindirməyə çağırıb.
Ölkənin Baş naziri İrakli Kobaxidze vurğulayıb ki, əgər prezident dindirilməyə gəlməsə, bu, onun tərəfindən irəli sürülən ittihamların əsassızlığının sübutu sayıla bilər.
12:30
Gürcüstan Prokurorluğu, Prezident Salome Zurabişvilini seçkilərin saxtalaşdırılması ehtimalı barədə verdiyi bəyanatlarla əlaqədar dindirilməyə çağırıb.
www.anews.az