Gürcüstan prezidenti Rusiya ilə hava əlaqələrinin bərpasına qarşı çıxıb

17:25 | 20.01.2023
Gürcüstan prezidenti Rusiya ilə hava əlaqələrinin bərpasına qarşı çıxıb

Gürcüstan prezidenti Rusiya ilə hava əlaqələrinin bərpasına qarşı çıxıb

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya ilə birbaşa uçuşların bərpası ideyasını dəstəkləməyib, Bu barədə onun administrasiyasının saytında dərc olunmuş press-relizdə deyilir.

"Rusiya ilə uçuşların bərpasını alqışlamıram!” başlığı ilə mesaj yayılıb.

"Mən dəfələrlə hökuməti Rusiya vətəndaşlarının axını məsələsini bütün sosial və siyasi parametrləri ilə ciddi araşdırmağa çağırmışam ki, ictimaiyyət onun milli maraqlarının və təhlükəsizliyinin nəzərə alındığını və qorunduğunu hiss etsin”, - press-relizdə deyilir. .

Onun sözlərinə görə, Gürcüstanda iş icazələrinin verilməsi, biznesin qeydiyyatı, əmlakın alınması və rusdilli məktəblərin açılması sahəsində tənzimləmə lazımdır.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstanla birbaşa uçuşların tezliklə bərpa olunacağına ümid etdiyini bildirib. Hakim "Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, bu təşəbbüs Tbilisidə müsbət qarşılanacaq, çünki bu, vətəndaşların vəziyyətini yüngülləşdirəcək.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb