Gürcüstan “Qırmızı körpü” sərhəd-keçid məntəqəsini açdı

10:00 | 23.03.2020
Gürcüstan “Qırmızı körpü” sərhəd-keçid məntəqəsini açdı

Gürcüstan “Qırmızı körpü” sərhəd-keçid məntəqəsini açdı

Gürcüstanla Azərbaycan arasında gediş-gəliş martın 23-dən etibarən yalnız "Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.

"Sputnik Gürcüstan”ın verdiyi xəbərə görə, bu barədə Gürcüstan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Məntəqənin iş saatları 10:00-dan 18:00-dək müəyyən olunub.

Gürcüstan Baş Nazirinin başçılıq etdiyi İdarələrarası Koordinasiya Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, insanların digər keçid məntəqələrindən keçməsinə icazə verilməyəcək.

Bildirilir ki, məhdudiyyətlər bütün nəzarət-buraxılış məntəqələri boyunca gün ərzində yük daşımalarına təsir göstərməyəcək.

Qeyd edək ki, Gürcüstanda 54 nəfər koronavirusa yoluxub, onlardan 3-ü sağalıb.

"Qafqazinfo” xatırladırq ki, martın 14-dən etibarən Gürcüstanla Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Gürcüstan martın 18-dən etibarən bütün xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb