Gürcüstan quru sərhədlərini açmağa hazırlaşır

15:47 | 07.02.2021
Gürcüstan quru sərhədlərini açmağa hazırlaşır

Gürcüstan quru sərhədlərini açmağa hazırlaşır

"Gürcüstan artıq bir sıra ölkələr üçün hava məkanını açıb və ölkəyə giriş rejimini də sadələşdirib. Biz artıq quru sərhədlərin açılması barədə düşünürük".

Anews.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, müntəzəm aviareyslərin bərpası və turizm sektorunun dirçəlməsi üçün ölkədə ilkin mərhələdə kifayət qədər tədbirlər görülüb. Növbəti mərhələ quru sərhədlər barədə düşünməkdir:

"Biz unutmamalıyıq ki, əgər əcnəbi qonaq yaxın aylarda tətil üçün Gürcüstanı seçəcəksə, əsas amil təhlükəsizlik olacaq. Təhlükəsizlik qaydalarına ona riayət etmək və yumşalmalara tədricən getməklə nail olmaq mümkündür. Əks halda, hər yeri açmaq olar, lakin yenə də turist cəlb edə bilmərik. Məhz buna görə biz ehtiyatlı davranırıq”.
Qeyd edək ki, Gürcüstanda son günlər COVID-19 virusuna yoluxmada azalma müşahidə olunur

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb