Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin bərpası üçün şərtlərini açıqladı

19:17 | 30.01.2017
Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin bərpası üçün şərtlərini açıqladı

Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin bərpası üçün şərtlərini açıqladı

"Gürcüstan və Rusiya arasında diplomatik əlaqələrin bərpası Abxaziya və Cənubi Osetiyanın qaytarılması məsələsində ciddi irəliləyiş əldə olunmayanadək gündəliyə daxil edilə bilməz."

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

"Bu, birbaşa olaraq Gürcüstanın ərazi bütövlüyü ilə bağlıdır. Bu istiqamətdə, təəssüf ki, heç bir xəbər yoxdur. Bu məsələ müzakirə olunmur və ərazilərin gerti qaytarılması ilə əlaqədar prosesdə irəliləyiş olmayana qədər gündəliyə daxil edilə bilməz. Bu kontekstdə əhəmiyyətli irəliləyiş əldə olunarsa, hansısa mərhələdə bu məsələyə baxılacaq. Ancaq indi məsələ müzakirə edilmir. Rusiyalı həmkarlarımız da mövqeyimizi yaxşı bilir", - deyə Z.Abaşidze vurğulayıb.

O, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ilə növbəti görüşünün fevralın 7-də Parisdə keçiriləcəyini də qeyd edib. Həmin görüş zamanı tərəflər ticarət-iqtisadi, nəqliyyat məsələləri nəzərdən keçirmək, humanitar mövzuları, eləcə də Rusiya ilə sərhəddə əmtəə dövriyyəsinin monitorinqini aparmaq məsələsini müzakirə etmək niyyətindədirlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM