Gürcüstan Xarici İşlər Nazirliyi İsveçrənin Tbilisidəki səfirliyinə Rusiyaya çatdırılması üçün nota verib.
Nazirliyin rəsmi internet səhifəsində yer alan açıqlamaya görə, Gürcüstandan ayrıldığını və müstəqilliyini elan edən Cənubu Osetiyada fəaliyyət göstərən rus əsgərlərinin 10 avqustda Gürcüstanın Kareli rayonunun Tamaraşeni və Tseronissa kəndlərində yeni sərhəd işarələri yerləşdirildiyi ifadə olunub.
Son bir ayda rus əsgərləri tərəfindən buna bənzər sərhəd işarələri 3 dəfə dəyişdirildiyi qeyd olunan rəsmi açıqlamada Rusiya federasiyasının bölgədə gərginlik yaratmaq istədiyi vurğulanıb.
Gürcüstanla Rusiya arasında 2008-ci ilin avqust ayınd abaş vermiş qısamüddətli müharibəsən sonra Rusiay öz müstəqilliklərini elan edən Abxaziya və Cənubi Osetiyanı tanımışdı. Qeyd edək ki, indiyə kimi bu dövlətlər digər heç bir dövlət tərəfindən tanınmayıb. Bundan sonra Rusiya və Gürcüstan arasında diplomatik əlaqələr kəsilmiş və iki dövlət arasında diplomatik əlaqələri İsveçrənin Tbilisidəki və Moskvadakı səfirliyi həyata keçirir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !