Gürcüstan Azərbaycanla Ermənistan arasına münaqişənin həlli ilə bağlı müsbət prosesləri alqışlayır. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze ER baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı bildirib.
O bildirib ki, Gürcüstan prosesdə öz rolunu oynamağa hər zaman hazırdır.
Bundan əvvəl Qazaxıstan prezidenti Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsi üçün platforma təqdim etməyə hazır olduğunu bəyan edib.
Sülh müqaviləsinin sonuncu təkliflər sənədini İrəvan Rəsmi Bakıya təqdim etdiyini açıqlayıb.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var.
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir.
Mətbuatda Kazanda keçiriləcək BRİKS sammitində İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşəcəyi ilə bağlı məlumatlar da yayılıb.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !