Gürcüstan XİN başçısı britaniyalı həmkarı ilə görüşdü

20:30 | 26.01.2023
Gürcüstan XİN başçısı britaniyalı həmkarı ilə görüşdü

Gürcüstan XİN başçısı britaniyalı həmkarı ilə görüşdü

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Böyük Britaniyanın XİN rəhbəri Ceyms Kleverli ilə görüşüb.
 
Gürcü nazir bu barədə tviter səhifəsində məlumat paylaşıb.
 
Görüş Darçiaşvilinin Britaniyaya səfəri çərçivəsində baş tutub.
 
"Mən "Wardrop Dialogue" tədbirində iştirakla bağlı Britaniyada olmaqdan məmnunluq duyuram. Həmkarım Kleverli ilə toplantı keçirdik. İkitərəfli gündəliyin əsas mövzularını müzakirə etdik. Ölkələrimizin strateji müttəfiqliyinin müsbət dinamikasından məmnun olduğumuzu ifadə etdik. Əməkdaşlığımızı daha da dərinləşdirməyin yollarından danışdıq", - deyə XİN başçısı yazıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb