• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Gürcüstan XİN rəhbəri Azərbaycana səfər edəcək- Gözləntilər

Gürcüstan XİN rəhbəri Azərbaycana səfər edəcək- Gözləntilər
13.01.2025 16:58
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 16-da Azərbaycana səfər edəcək. Bu barədə Gürcüstanın yerli KİV-ləri məlumat yayıb.
 
Bildirilib ki, səfər çərçivəsində Maka Boçorişvili Bakıda bir sıra görüşlər keçirəcək.

Məlumata görə, bu görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər diqqət mərkəzində olacaq.

Gürcü nazir, həmçinin Azərbaycan ilə Gürcüstan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 10-cu iclasında iştirak edəcək.
 
Politoloq Tural İsmayılovun sözlərinə görə, Gürcüstanın yeni  xarici işlər naziri Azərbaycan modelindən istifadə edə bilər. 
 
"Azərbaycanla Gürcüstan arasında strateji münasibətlər ən yüksək səviyyədədir. Özəlliklə "Gürcü arzusu" növbəti dəfə Gürcüstanda qələbə qazandıqdan sonra Azərbaycan Gürcüstanla yaxşı səviyyədə olan əlaqələrini bundan sonra da inkişaf etdirmək əzmində olduğunu dəfələrlə vurğulayıb. Bu konteksdən də Azərbaycanla  Gürcüstanla arasında müxtəlif görüşlərin gerçəkləşməsi əlbətdəki müstəsna əhəmiyyətə malikdir. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Gürcüstan əlaqələrinin inkişaf etdirilməli dövründə səyahət edir. Əlbətdəki bu səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında bundan sonrakı əməkdaşlıq prespektivləri geniş müzakirə ediləcək. Azərbaycan gürcü xalqınının siyasi iradəsinə qarşı qəsb həyata keçirməyə çalışan xarici iperialist dairələrə öz layiqli cavabları vaxtında və yerindəcə cavab verib. Bu baxımdan da Gürcüstanın yeni naziri həm də Azərbaycanın modelindən istifadə edə bilər. Gürcüstana xaricdən olan basqıların həyata keçirilməsi və s. mövzularda Azərbaycandan yararlana bilər. Gürcüstanın Azərbaycandan öyrənə biləcəyi bir çox məqamlar var",- politoloq bildirib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 17:40
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Prezident öz sözçüsünü vəzifəsindən azad edib - Sərəncam
Siyasət 17:01
Prezident öz sözçüsünü vəzifəsindən azad edib - Sərəncam
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərin vəsatəti təmin olunmayıb
Siyasət 14:35
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərin vəsatəti təmin olunmayıb
Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub
Siyasət 17:15
Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub
Azərbaycan XİN Litvanı təbrik edib
Siyasət 16:21
Azərbaycan XİN Litvanı təbrik edib
Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək
Siyasət 14:29
Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək
Prezident litvalı həmkarını təbrik edib
Siyasət 11:20
Prezident litvalı həmkarını təbrik edib
Ceyhun Bayramov Serbiyaya gedib
Siyasət 10:11
Ceyhun Bayramov Serbiyaya gedib
Azərbaycan və Türkiyə XİN başçıları görüşüblər
Siyasət 19:16
Azərbaycan və Türkiyə XİN başçıları görüşüblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol