Gürcüstanda 5 ballıq qasırğa xəbərdarlığı

20:40 | 07.09.2017
Gürcüstanda 5 ballıq qasırğa xəbərdarlığı

Gürcüstanda 5 ballıq qasırğa xəbərdarlığı

Sentyabrın 6-da yerli vaxtla saat 21:43:07-də Zaqataladan 43 km cənubda Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

anews.az virtualaz.org-a istinadən xəbər verir ki, 4.1 bal gücündə baş verən zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.

Zəlzələ sərhədə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Bunun ardınca Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi, əhaliyə, xüsusən də turistlərə Qara dəniz sahillərində 5 ballıq qasırğa barədə xüsusi xəbərdarlıq edilib.

Məlumatı Gürcüstan rəsmiləri yayıblar.

Artıq dünən axşamdan Batumidə xilasedicilər dəniz kənarında istirahət edən turistlərə xəbərdarlıq edir, insanları diqqətli olmağa, mümkün qədər dənizdən kənar qalmağa dəvət edirlər.

Sentyabrın 6-da axşam saatlarından başlayan küləyin sürəti saniyədə 20 metrə çatacaq. Gürcüstanın qərb bölgəsində güclü yağış, külək olacaq, çaylarda suyun səviyyəsi qalxacaq, sürüşmə zonalarında aktivləşmə artacaq.

Xatırladaq ki, avqustun 31-də baş vermiş qasırğa Batumi, Kobuleti və Urekidəki istirahət məkanlarında həyatı iflic etmişdi. Güclü qasırğanın yaratdığı daşqınlar nəticəsində otel, mehmanxana və evlərin birinci mərtəbələrinə, dükan və ictimai iaşə obyektlərinin bir hissəsinə su dolmuşdu. Bəzi yaşayış məntəqələrinə təbii qazın və elektrik enerjisinin verilişi dayandırılmışdı. Biri azyaşlı olmaqla iki nəfər dənizdə batmışdı.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM