Gürcüstanda 6 mindən çox müəllim işdən çıxıb

17:30 | 04.09.2019
Gürcüstanda 6 mindən çox müəllim işdən çıxıb

Gürcüstanda 6 mindən çox müəllim işdən çıxıb

"Gürcüstanda 6 mindən çox müəllim öz istəyi əsasında təqaüdə göndərilməsi ilə bağlı qeydiyyata alınıb”.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə namizəd Mixeil Batiaşviliparlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin müəllimlər ikiillik əməkhaqqına bərabər məbləğdə mükafat alacaqlar: "Bu, olduqca vacib islahatdır. Dövlət könüllü olaraq layiqli təqaüdə çıxmağa qərar verən müəllimləri mükafatla təmin edəcək”.
Nazir təhsil sahəsində yeni kadrlarla bağlı əlavə addımların atılacağını deyib.
M.Batiaşvili əlavə edib ki, məktəb islahatları ilə bağlı ilk mərhələ başa çatıb, ikinci mərhələyə isə payız aylarında start veriləcək. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM