Gürcüstanda aksiya iştirakçıları yolu bağlayıblar - YENİLƏNİB

23:57 | 14.05.2024
Gürcüstanda aksiya iştirakçıları yolu bağlayıblar - YENİLƏNİB

Gürcüstanda aksiya iştirakçıları yolu bağlayıblar - YENİLƏNİB


Tbilisidə parlament yaxınlığındakı mitinqdən sonra "Qəhrəmanlar” meydanına keçən aksiya iştirakçıları yolu bağlayıblar.

Hazırda "Qəhrəmanlar” meydanında nəqliyyatın hərəkəti tamamilə iflic olub.Xüsusilə, meydanda yerləşən bütün yol ötürücülərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, həmçinin Varazişxevi küçəsinə giriş və Kostava küçəsinə gedən tuneldə nəqliyyatın hərəkəti iflic olub.

"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin əleyhdarları "Qəhrəmanlar” meydanında aksiyanın bir neçə iştirakçısının saxlanıldığını bildirdikdən sonra belə qərar qəbul ediblər.

Qanunun əleyhdarlarının bir qismi parlamentin binası qarşısında qalır.
 
 ***

Hüquq-mühafizə orqanları "Xarici agentlər haqqında” qanunun qəbuluna etiraz olaraq keçirilən nümayişi dağıdandan sonra Gürcüstan parlamenti yaxınlığındakı meydanı tərk ediblər.Bu barədə "RİA Novosti” məlumat yayıb.

Hadisə yerindən xüsusi texnika da çıxarılıb və Gürcüstan polisinin xüsusi təyinatlıları hazırda parlament binasının həyətinə keçib.

Etirazçıların ərazidən dağılışmadığı bildirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM