Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları daha öncə də məhkum edilmiş Azərbaycan vətəndaşı, iri həcmdə narkotik vasitələrin alınması və saxlanılmasında ittiham edilən 1953-cü il təvəllüdlü Afik A.-nı saxlayıblar.
Oxu.Az "Qruziya onlayn”a istinadən xəbər verir ki, ittiham edilən şəxsin saxlanılmasına dair əməliyyat operativ məlumat əsasında keçirilib. O, Marneuli rayonunun Kiraçmuqanlo kəndində saxlanılıb.
Saxlanılan şəxsin üzərindən axtarış zamanı altı bağlamada narkotik vasitə aşkar olunub. Kimyəvi təhlil zamanı müsadirə edilən 34,4141 qr narkotik vasitənin tərkibində 17,2793 q. heroin olması aydın olub. DİN-in məlumatına əsasən saxlanılan şəxs günahını etiraf edib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin b.3, p."a” - iri həcmdə narkotik vasitələrin alınması və saxlanılması üzrə aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !