Gürcüstanda azərbaycanlıların yaşadığı kənd tam təcrid olundu

20:00 | 01.04.2020
Gürcüstanda azərbaycanlıların yaşadığı kənd tam təcrid olundu

Gürcüstanda azərbaycanlıların yaşadığı kənd tam təcrid olundu

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Kvemo Bolnisi (Kəpənəkçi) kəndi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tam təcrid olunub.


"Report”un yerli bürosu xəbər verir ki, bu tədbir Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin tövsiyəsi əsasında həyata keçirilib.


Kəndə giriş-çıxış tam məhdudlaşdırılıb. Sakinlərin tibbi müayinəsi davam etdirilir.


Bolnisidə koronavirusun təsdiqləndiyi üç nəfərdən ikisi məhz Kvemo Bolnisi kəndindəndir.


Kənd sakinlərinin ehtiyaclarının ödənilməsi istiqamətində fəal iş aparılır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb