Gürcüstanda prezident seçkiləri baş tutub,səsvermədə seçicilərin yarısından çoxu iştirak edib.Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib.
"Saat 11:30-a seçicilər kollegiyasının 170 üzvü artıq prosesdə iştirak edib.Seçkilər baş tutub, çünki seçicilər kollegiyasının tam tərkibinin yarısından çoxu artıq iştirak edib", - o qeyd edib.
***
Bu gün Gürcüstanda prezident seçkiləri keçirilir.Bu barədə Gürcüstan KİV xəbər verir.
Ssvermə 14:00-a qədər davam edəcək.
Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək. İlk turda səslərin üçdə ikisini qazanan namizəd qalib gəlmiş hesab olunacaq.
Gürcüstan prezidentliyinə yeganə namizəd isə deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu Mixail Kavelaşvilidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !