Gürcüstanda COVID-19-a yoluxma halları artır

20:00 | 24.07.2020
Gürcüstanda COVID-19-a yoluxma halları artır

Gürcüstanda COVID-19-a yoluxma halları artır

Gürcüstanda son sutka ərzində daha 19 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. 

Anews.az xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış "Stopcov.ge” internet portalında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1109-ə yüksəlib. Xəstəlik səbəbindən 16 nəfər həyatını itirib, 912 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 5 936 nəfər karantinə alınıb, 268 nəfər isə tibbi müşahidə altında saxlanılır.

Tibb müəssisələrində 176 pasiyentin müalicəsi davam etdirilir.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM